Qazaxıstanla Rusiya arasında xüsusi əlaqələr yaranıb; iki lider tez-tez saatlarını sinxronlaşdıraraq aktual məsələlərdə məsləhətləşirlər. Bunu Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Düşənbədə keçirilən MDB sammitində [Qazaxıstan Prezidenti] Kasım-Jomart Kemeleviç [Tokayev] Rusiya Federasiyası ilə əlaqələrimizi xüsusi vurğuladı. Bunu sammitdə [Rusiya Prezidenti] Vladimir Putinlə görüşü sübut etdi. Bu o deməkdir ki, ölkələrimizin liderləri həmişə saatlarını sinxronlaşdırır və həm cari, həm də beynəlxalq, daxili məsələlərlə bağlı məsləhətləşirlər”, Koşerbayev bildirib.
O əlavə edib ki, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasından keçən 33 il ərzində güclü qarşılıqlı fəaliyyət sistemi qurulub.
Koşerbayevin səfəri Tokayevin noyabrın 12-nə planlaşdırılan Rusiyaya dövlət səfəri ərəfəsinə təsadüf edir. (Tass)
