Avqust 15, 2026-3:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin tranzit deklarasiyası – Azərbaycanın növbəti diplomatik qələbəsi

2025:10:22 - 17:00
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan bu gün regionda təkcə iqtisadi deyil, həm də diplomatik güc mərkəzi kimi çıxış edir. Azərbaycan Prezidentinin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı səsləndirdiyi bəyanatlar region siyasətində yeni mərhələnin əsasını qoydu. Dövlətimizin başçısının xüsusilə Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatı Cənubi Qafqazda tarixi hadisə kimi dəyərləndirilməlidir.

44 günlük müharibədən, ardınca gələn sülh deklarasiyasından sonra (2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış Bəyannamədən sonra) bu addım Prezident İlham Əliyevin dediyi kimi, regionda yalnız “kağız üzərində” deyil, praktiki əməkdaşlığa keçidin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, bu bəyanat, əslində, sadəcə logistik addım deyil. Bu, Zəngəzur yolunun faktiki açılışı deməkdir. Prezident İlham Əliyev uzun illərdir ki, Cənubi Qafqazda sülhün və iqtisadi inteqrasiyanın əsas memarı kimi çıxış edir. O, bu dəfə də praktik diplomatiya nümunəsi göstərərək, regionda etimad mühitinin bərpasına xidmət edən strateji qərar verdi.

“Azərbaycan artıq öz ərazisindən Ermənistana yüklərin tranzitinə icazə verir”, – deyən dövlətimizin başçısının bu sözləri təkcə bir iqtisadi qərarın deyil, həm də tarixi siyasi prosesin başlanğıcıdır. Çünki bu addım Zəngəzur dəhlizinin ideyadan reallığa çevrildiyini, yəni Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat xətlərinin faktiki fəaliyyətə başladığını göstərir.

“Bu hadisə regionda qüvvələr balansını bir daha Azərbaycanın xeyrinə dəyişir. Qazaxıstanın taxıl yüklərinin Azərbaycan üzərindən Gürcüstan və Ermənistan istiqamətində daşınması həm “Orta Dəhliz”in əhəmiyyətini artırır, həm də Bakını regionun əsas logistika və diplomatiya mərkəzinə çevirir”, – deyə o əlavə edib.

Müsahibimiz bildirib ki, Zəngəzur yolunun faktiki açılması Azərbaycanın diplomatik qələbəsi, Cənubi Qafqazda yeni reallığın formalaşmasıdır. Bu addım göstərdi ki, qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qalib diplomatiyasının növbəti mərhələsidir.

“Bu gün Azərbaycan regional əməkdaşlığın, sabitliyin və qarşılıqlı etimadın aparıcı qüvvəsinə çevrilib. Əgər 2020-ci ilin Zəfəri hərbi gücün təntənəsi idisə, bu gün baş verənlər diplomatik zəfərin nümayişidir. Prezident İlham Əliyev sülhün və inteqrasiyanın memarı kimi yeni bir tarix yazır – körpülər qurulan, dəhlizlər açılan, xalqları birləşdirən tarix”, – deyə E. Akimova fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

DİM sədri: Süni intellekt və avtomatlaşdırma artıq bu günün reallığıdır

Növbəti Yazı

Aqrar Xidmətlər Agentliyi toxumlara uyğunluq sertifikatları verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.