Diplomat Neil Crompton Böyük Britaniyanın Ukraynaya yeni səfiri təyin edilib. Britaniya hökumətinin saytında verilən açıqlamaya görə , o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.
“CBE, Cənab Neil Crompton Əlahəzrətin Ukraynaya səfiri təyin edilib. O, vəzifəsinin icrasına 2025-ci ilin oktyabrında başlayacaq. Neil bundan əvvəl 2020-ci ildən 2025-ci ilə qədər Səudiyyə Ərəbistanı Krallığında səfir vəzifəsində çalışıb”, – məlumatda deyilir.
Açıqlamada Cromptonun daha əvvəl 2015-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyində Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru vəzifəsində çalışdığı vurğulanıb.
“Neil 1995-ci ildə Xarici İşlər, Birlik və İnkişaf Ofisində Yaxın Şərq və Şimali Afrika Departamentində baş elmi işçi kimi işə başlayıb”, – deyə məlumatda bildirilir. (Tass)
