Narkotik qaçaqmalçılığı ilə mübarizəyə sistemli yanaşmanın inkişafı terrorçu qrupların maliyyə imkanlarını zəiflətməyə kömək edəcək. Bu barədə Tacikistan prezidenti Emoməli Rəhmonun Düşənbədə keçirilən MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə üçüncü konfransının iştirakçılarına Respublika Təhlükəsizlik Şurasının katibi Yusuf Rəhmonun müraciətində deyilir.
“Narkotik qaçaqmalçılığının, xüsusilə də sintetik narkotiklərin qaçaqmalçılığının artması tendensiyası son dərəcə narahatedici olaraq qalır. Bu narkotiklər hazırda terrorçu qruplaşmaların əsas maliyyə mənbələrindən biridir. Son illərin təcrübəsi bu sahədə sistemli yanaşmanın inkişaf etdirilməsinin, ilk növbədə, Birlik ölkələrinin cənub sərhədlərində təsirli tədbirlərin görülməsinin zəruriliyini təsdiqləyir. (Tass)
