Süni intellektdən sui-istifadə terrorizmi xüsusilə təhlükəli edir, vətəndaşların və dövlət qurumlarının təhlükəsizliyinə təsir göstərir. Bunu Tacikistan prezidenti Emoməli Rəhmon Düşənbədə keçirilən MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə üçüncü konfransının iştirakçılarına müraciətində deyib.
“Kiberterrorizm bəzi gənclərin dünyagörüşünə təsir edən əsas amilə çevrilib. Terrorçu və ekstremist qruplar kiberməkandan radikal ideyalar və cinayət niyyətlərini yaymaq üçün istifadə edirlər. Süni intellektdən sui-istifadə terrorizmi xüsusilə təhlükəli edir, çünki bu, həm vətəndaşların, həm də dövlət qurumlarının təhlükəsizliyinə təsir göstərə bilər”, – Respublika Təhlükəsizlik Şurasının katibi Yusuf Ramonun verdiyi bəyanatda deyilir (Tass)
