İyul 8, 2026-19:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə buraxılan poçt markalarının təqdimatı olub

2025:10:23 - 14:29
in MƏDƏNİYYƏT
A A

Oktyabrın 22-də görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimatı olub.

Bu barədə AZƏRTAC-a AMİM-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzaladığı vurğulanıb, bu qərarın dahi sənətkarın irsinin qorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçün mühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinə dəyərli töhfə olduğunu bildirilib.

Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretləri sırasında yer alan “Əsgər”, “Mah Tələt xanım”, “Zadəgan qadının portreti”, “Vəcihulla Mirzə”, “Fətəli şah” əsərləri əks olunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bu mükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olan xüsusiyyətlər – təkcə zahiri bənzərlik deyil, hər bir obraza xas fərdi cizgi və daxili aləmin dolğun təsviri verilib.

Qeyd edək ki, təqdimat mərasimində AMİM-nin kolleksiyasında qorunan bu portretlər nümayiş etdirilib.

Tədbirin sonunda Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı gecəyə unudulmaz musiqi ərməğanı bəxş edib.

Əvvəlki Yazı

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub

Növbəti Yazı

Azərbaycanda gələn il “Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrasına 5 milyon manat xərclənə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.