İyul 8, 2026-22:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xəzər və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə ekspedisiya yekunlaşıb

2025:10:23 - 15:30
in SOSİAL
A A

Oktyabrın 13-23-də Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ekspedisiya AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib.

Ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində, həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.

Eyni zamanda, balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülmüş su nümunələri hazırda laboratoriya şəraitində təhlil olunur. Toplanmış nəticələr ötən illərin göstəriciləri ilə müqayisə edildikdən sonra yekun hesabat hazırlanacaq. Hesabat əsasında 2026-cı il üçün balıq ovu kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması istiqamətində təkliflər hazırlanacaq.

Yekun hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Əvvəlki Yazı

Birinci Türkoloji Qurultay əslində türkologiyanın böyük bir “dərsliyi” rolunu oynayır – dosent Aysel Qəribli ilə 

Növbəti Yazı

Meksika səfiri ADU-nun tələbələri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.