ABŞ prezidenti Donald Tramp Binance kriptovalyuta birjasının keçmiş baş direktoru Çanqpenq Zhaonu əfv edən sərəncam imzalayıb, The Wall Street Journal (WSJ) xəbər verir.
Əfv fərmanı oktyabrın 22-də Amerika lideri tərəfindən imzalanıb. Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, Tramp “kriptovalyuta ilə müharibənin bir hissəsi kimi Bayden administrasiyası tərəfindən mühakimə olunan Zhaonu əfv etməklə öz konstitusiya səlahiyyətlərini həyata keçirib”.
Nəşr Leavittdən sitat gətirir: “Bayden administrasiyasının kriptovalyutalara qarşı müharibəsi başa çatıb”.
Qeyd edilir ki, ABŞ administrasiyasının bu addımı, çox güman ki, ABŞ Ədliyyə Nazirliyinin Binance-in fəaliyyətini izləmək və kriptovalyuta birjasının ABŞ bazarına qayıtmasını asanlaşdırmaq əmrini ləğv edəcək. (Tass)
