İyul 8, 2026-23:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“AzInTelecom”un idarəetmə strukturu dəyişir

2025:10:24 - 10:54
in İQTİSADİYYAT
A A
“AzInTelecom” MMC-nin idarəetmə modelində dəyişiklik edilir.

“APA-Economics”in əldə etdiyi məlumata görə, şirkət kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçir.

Belə ki, qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilir.

Dəyişikliyə əsasən, İdarə Heyətinin sədri vəzifəsini baş direktor əvəz edəcək. İdarə Heyətinin üzvləri isə fəaliyyətlərini baş direktorun müavinləri olaraq davam etdirəcək.

Nəticə etibarilə, bu vaxta qədər şirkətin İdarə Heyətinin sədri olmuş Elxan Əzizov qurumun baş direktoru, idarə heyətinin üzvü Sadiq Yolçuyev isə baş direktorun müavini olacaq.

“AzInTelecom” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, struktur və təşkilati formada dəyişiklik baş verəcəyi təqdirdə, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, “AzInTelecom” MMC 2015-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeli qurumu kimi yaradılıb, 2021-ci ildə Məlumat Hesablama Mərkəzi ilə birləşdirilərək strukturu yenidən təşkil olunub. Qurum 2024-cü ildən etibarən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərir. Şirkətin idarəetmə forması bu vaxta qədər ikipilləli kollektiv idarəçilik sistemindən ibarət olub. Qurumun fəaliyyətinə nəzarət Müşahidə Şurası, idarəçiliyi isə İdarə Heyəti tərəfindən həyata keçirilib.

Əvvəlki Yazı

Beyləqandakı heyvan bazarında monitorinq aparılıb

Növbəti Yazı

Azərbaycan və Qazaxıstan logistik xərclərin qarşılanması mexanizmini tətbiq edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.