İyun 15, 2026-17:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Ramin Məmmədov xarici nümayəndələrlə din təhsili sahəsində əməkdaşlığı müzakirə edib

2025:10:24 - 17:44
in Din və fəlsəfə
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda bir sıra xarici ölkələrin dini və elmi qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

“Report” xəbər verir ki, Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri professoru Damir Muhetdinov, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov ilə görüşlərdə dini-mənəvi, o cümlədən din təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

R.Məmmədov Azərbaycanda dinə və dini təhsilə göstərilən qayğının dövlət-din münasibətlərinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, dövlətin bu sahəyə diqqəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasətin məntiqi davamıdır və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu siyasətin əsas məqsədi sağlam dini mühitin qorunması, cəmiyyətin mənəvi dayanıqlılığının təmin edilməsi və din təhsilinin müasir tələblərə uyğun inkişaf etdirilməsidir.

Komitə sədri Azərbaycanın dini müxtəlifliyə və dinlərarası harmoniyaya əsaslanan cəmiyyət modeli barədə də danışıb. O vurğulayıb ki, ölkədə müxtəlif konfessiyalar arasında münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri üzərində qurulub, bu isə Azərbaycanı multikulturalizm və birgəyaşayışın nümunəsi təqdim edən ölkələrdən biri kimi dünyaya təqdim edir. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətində də bu meyarlar əsas kimi götürülüb.

Beynəlxalq simpoziumun əhəmiyyətinə toxunan Ramin Məmmədov bildirib ki, bu cür tədbirlər müvafiq qurumlar arasında əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir. Belə platformalar yalnız elmi mübadilə baxımından deyil, həm də strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq simpoziumun işini yüksək qiymətləndirən qonaqlar bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Elmi tədbirlərin təşkili və müxtəlif ölkələrdən alimlərin bir araya gəlməsini mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar həmçinin, Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoqun yüksək səviyyədə inkişaf etdiyini, dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq aləmdə nümunə kimi dəyərləndirildiyini qeyd ediblər.

Qonaqlar bildiriblər ki, Azərbaycan dünyada qarşılıqlı hörmət və tolerantlığa əsaslanan birgəyaşayış modelinə malik ölkələrdən biri kimi tanınır.

Görüş zamanı dini təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ideya və təkliflər ətrafında fikir mübadiləsi aparılıb

Əvvəlki Yazı

Azərbaycan BMT-nin “Hər kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib

Növbəti Yazı

Türkiyə Parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.