ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Koreya Respublikasının Busan şəhərində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünün hər iki ölkə üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
“Sabah Çin prezidenti Si Cinpin ilə görüşürəm və bu görüşü səbirsizliklə gözləyirəm. Keçən ay ərzində çoxlu danışıqlarımız olub və düşünürəm ki, Çin və bizim üçün çox qənaətbəxş olacaq bir şey olacaq. Düşünürəm ki, bu, çox yaxşı görüş olacaq. Sabah səhər onunla görüşməyi səbirsizliklə gözləyirəm” deyib. (Tass)
