2023-cü ilin oktyabr ayından İsrail ordusunun hərbi əməliyyatları və atəşi nəticəsində Qəzza zolağında azı 256 media işçisi həlak olub.Qəzza hökumətinin mətbuat xidməti bu məlumatı özünün Telegram kanalında yayıb.
Onun məlumatına görə, Fələstin qəzetlərindən birində işləyən Məhəmməd əl-Muniravi bundan əvvəl də İsrail ordusunun zərbəsinin qurbanı olub.
Əl-Cəzirə telekanalının məlumatına görə , əl-Muniravi həyat yoldaşı ilə birlikdə Nuseyrat qaçqın düşərgəsində dünyasını dəyişib.
