Avqust 9, 2026-21:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yazgül Abdıyeva: Regional konfranslar ölkə oftalmologiyasının inkişafı üçün önəmli platformadır

2025:10:31 - 11:16
in SOSİAL
A A

Regional konfranslar artıq ənənə halını alıb və bu konfransların məqsədi oftalmologiyada olan son yenilikləri müzakirə etmək, ölkəmizin bölgələrində çalışan oftalmoloqların bilik və bacarıqlarının mütəmadi inkişafına dəstək olmaqdır. Bu tədbirlər həkimlərimizi dünya təcrübəsi, yeni texnologiyalar və müasir müalicə metodları barədə məlumatlandırmaqla yanaşı, mütəxəssislər arasında təcrübə mübadiləsinə də geniş imkan yaradır. Eyni zamanda regionlarda oftalmoloji təhsilin güclənməsinə və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIV regional konfransında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva deyib.

O diqqətə çatdırıb ki, oftalmologiya sahəsi çox sürətlə inkişaf edir. Bu səbəbdən də belə regional elmi konfransların keçirilməsi region həkimlərinin peşəkar səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

“Qeyd etmək istərdim ki, Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı fəaliyyət göstərir və bu konfrans həm yerli mütəxəssislərin, həm də ümumilikdə ölkə oftalmologiyasının inkişafı üçün önəmli platformadır. Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına həsr etdiyi zəngin elmi irsi bu cür tədbirlər vasitəsilə bu gün də uğurla davam etdirilir. Əminik ki, Gəncədə keçirilən bu konfrans da yeni elmi fikirlərə, faydalı müzakirələrə və peşəkar əməkdaşlıqlara yol açacaq, regionumuzun həkimlərinin inkişafına töhfə verəcəkdir,”- deyə Yazgül Abdıyeva bildirib.

Əvvəlki Yazı

CBS: ABŞ-ın bağlanması ən azı 34 gün davam edəcək

Növbəti Yazı

Azərbaycan və Gürcüstan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.