ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağında döyüşlərdə humanitar fasilə verilməsini xahiş etdiyini təsdiqləyib. Eyni zamanda, Amerika lideri aydınlaşdırıb ki, o, bu fasiləni əvvəllər Qərb mətbuatında dərc olunan üç gündən daha uzun müddət tələb edib.
Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə danışan Bayden Netanyahudan girovları azad etmək üçün Qəzzada humanitar fasilə verilməsini istəyib-istəmədiyini soruşduqda müsbət cavab verib. “Bəli. Mən üç gündən çox fasilə tələb etdim” deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib. (Tass)