ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya ilə ABŞ arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi gözəl inkişaf olardı. O, bu barədə bazar günü tam olaraq yayımlanan CBS News-a müsahibəsində bildirib.
Tramp əmin olduğunu bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ilə ABŞ arasında ticarətin artırılmasını arzulayır. “Düşünürəm ki, o edərdi. Düşünürəm ki, o, gəlib bizimlə ticarət etmək istərdi. Və Rusiya üçün çoxlu pul qazanmaq istərdi”, – ABŞ prezidenti əlavə edib. “Və məncə, bu, gözəldir” deyib. (Tass)
