İyun 25, 2026-9:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

UNEC və Pekin Xarici Dillər Universiteti əməkdaşlığa başlayır

2025:11:03 - 11:52
in SOSİAL
A A

Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor professor Ədalət Muradov ilə keçirilən görüşdə hər iki universitet arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Rektor Ədalət Muradov UNEC-də ingilis dilinin tədrisində tətbiq edilən beynəlxalq yanaşmadan bəhs edərək bildirib ki, əsas məqsəd məzunların ingilis dilinə minimum orta səviyyədə yiyələnməsidir. O, həmçinin xarici dilin tədrisində PXDU-nun təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, UNEC-də tədris və idarəetmə tamamilə rəqəmsallaşdırılıb və yaxın zamanda bu prosesə süni intellekt texnologiyalarının inteqrasiyası nəzərdə tutulub. Həmçinin qeyd edib ki, UNEC-də Süni intellekt laboratoriyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri olacaq.

Professor Ədalət Muradov 2019-cu ildən UNEC-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Konfutsi İnstitutu tərəfindən 500 nəfərdən çox gəncin iştirak etdiyi onlayn Çin dili kurslarının təşkil olunduğunu, ölkədə Çin dilinə marağın artdığını qeyd edib.

Rektor, həmçinin Çinə səfəri zamanı bir çox universitet və qurumlarla əldə olunan razılaşmalar, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumat verib.

PXDU-nun prorektoru Gao Qanq UNEC-in beynəlxalq reytinqlərdəki uğurlu mövqeyini və tədrisin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili də daxil olmaqla 101 xarici dilin tədris olunduğunu və xarici dillərin öyrənilməsini dəstəkləyən “MOG” adlı innovativ platformanın fəaliyyət göstərdiyini bildirib.

Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi, “xarici dil + iqtisadiyyat” istiqamətində ikili diplom proqramının reallaşdırılması, UNEC müəllimləri üçün ingilis dili üzrə təlimlərin təşkili, PXDU-nun xarici dilin öyrənilməsi təcrübəsinin tətbiqi, UNEC-də Xarici Dillərin Öyrənilməsi Mərkəzinin yaradılması, eləcə də birgə elmi konfransların və tərcümə layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Əvvəlki Yazı

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib

Növbəti Yazı

“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.