İyun 25, 2026-10:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə tələbələr görüşüb

2025:11:03 - 13:12
in SOSİAL
A A
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə universitet tələbələrinin görüşü keçirilib.

“Report” xəbər verir ki, görüşdə Agentliyin tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilən, yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilən Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov, Vüsal Şabanov, Ülvi Salayev, Bəkir Əsgərzadə və hərbi-həkim Namiq Seyfəddinli iştirak edib.

Onlar Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Müharibədən sonra keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov qazilərin fədakarlığı və mübarizə əzmini yüksək qiymətləndirib, onların cəmiyyətimiz üçün mənəvi dayaq olduğunu vurğulayıb. Bu cür görüşlərin gənclərin milli ruhda formalaşması baxımından böyük əhəmiyyətini diqqətə çatdırılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, postmüharibə dövründə onların reabilitasiya xidmətləri və vasitələri ilə təminatı istiqamətində aparılan işlərə dair məlumat verib.

Əvvəlki Yazı

Ərdoğan: Türkiyə İƏT himayəsi altında Suriyaya dəstək proqramına başlayır

Növbəti Yazı

Mərmərə Universitetində Kamal Abdullanın 75 illik yubileyi münasibətilə elmi simpozium keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.