Çin Dövlət Şurasının Baş naziri Li Çianq bildirib ki, Çin hər iki ölkənin maraqlarını, o cümlədən təhlükəsizlik sahəsində daha effektiv şəkildə qorumaq üçün Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazırdır.
“Beynəlxalq vəziyyət hazırda əsaslı dəyişikliklərə məruz qalır. Çin tərəfi liderlərimizin əldə etdiyi mühüm razılaşmalar ruhunda rusiyalı həmkarlarımızla strateji dialoqu gücləndirməyə, inkişaf və təhlükəsizlik maraqlarımızı daha effektiv qorumaq üçün bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. Mən sizinlə ümumi maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmağa hazıram”, – deyə Mişilyustlə təkbətək görüşdə Li Qianq bildirib.
O qeyd edib ki, 2025-ci ildə Rusiya və Çində Böyük Vətən və İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə, habelə militarist Yaponiya üzərində qələbəyə həsr olunmuş tədbirlər keçiriləcək. (Tass)
