İyirmilik Qrupunun (G20) hazırkı sədri kimi Cənubi Afrika noyabrın sonunda Yohannesburqda keçiriləcək G20 sammitində Rusiya və ABŞ liderlərinin görüşünü rəsmən təsdiq edə bilməz. Bunu TASS-a Finlandiya prezidenti Aleksandr Stubbın müvafiq təklifi ilə bağlı sualı cavablandıran Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya deyib.
“İndiki mərhələdə bizdə belə bir görüşün təsdiqi yoxdur”, – Maqvenya bildirib.(Tass)
