
Assosiasiya rəhbəri bildirib ki, Şahdağ kompleksinin qəbul etdiyi xarici qonaqların sayı ildən-ilə artmaqdadır: “Pandemiyadan əvvəlki dövrdə bayram günləri kompleks 20 min insanı qəbul edirdi”.
O hesab edir ki, Azərbaycanda qış turizm fəaliyyətləri o qədər də geniş yayılmayıb:“Bir çox hotellər, turizm istirahət mərkəzləri qış bayramları ərzində məhdud təkliflərlə çıxış edirlər. Bunlar gecələmə xidmətləri, şou proqram, qida paketləri olur. Animasiyalar və turizm fəaliyyətləri təklifləri isə azlıq təşkil edir. Bunlara baxmayaraq, Azərbaycanda bütün mövsümlərdə istirahət və digər turizm fəaliyyətləri üçün geniş imkanlar mövcuddur. Ölkədə bir sıra maraqlı, unikal təbii və antropogen turizm resursları yayılıb. Son illərdə mədəni irsin qorunmasına ölkədə xüsusi diqqət yetirilir. Mədəni irs nümunələrinin bərpası və qorunması istiqamətində geniş və planlı işlər aparılır. Bu isə turizm fəaliyyətlərinin inkişafına təkan verir, fərqli turizm istiqamətlərinin inkişafı üçün şərait yaradır. Burada arxeoloji, mədəni, kulinariya, etno və sair turizm növlərini qeyd etmək yerinə düşər”.
Lüks hotellərin çoxu dolub
S.Dübəndinin sözlərinə görə, qarşıdan gələn bayram günlərində regional hotellər arasında 5 ulduzlu seqmentdə yüksək doluluq müşahidə edilir:
“Bir çox lüks hotellər artıq satışlarını saxlayıblar. Adi günlərdə isə 5 ulduzlu regional hotellərində qiymətlər 130-250 manat arası dəyişir. Digər yerləşdirmə vasitələri seqmentində müxtəlif təklifləri görürük – kotteclər, kənd evləri, qonaq evləri və digərləri. Keçən illə müqayisədə bu müəssisələrin təklif etdikləri xidmətlərin qiymətlərində təxminən 25 % artım müşahidə olunur”