Bunu “Report”a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O hesab edir ki, bu çıxış yalnız keçilən elmi yolun qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək intellektual və texnoloji inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm proqram sənədidir:
“Prezident İlham Əliyevin nitqi sübut etdi ki, Azərbaycan dövlətinin gələcək dayanıqlı inkişafı bilik, elm və texnoloji innovasiyalara əsaslanacaq. Dövlət başçısı qeyd etdi ki, bu illər ərzində elm ölkənin sosial-siyasi inkişafında mühüm rol oynamış, Azərbaycan alimləri müxtəlif sahələrdə regionda önəmli elmi nailiyyətlərə imza atmışlar”.
Deputat xatırladıb ki, Prezident çıxışında XXI əsrin əsas çağırışı olan süni intellekt və texnoloji transformasiya məsələlərinə xüsusi diqqət yetirdi:

Ş.Seyidzadə bildirib ki, dövlət başçısı nitqində elmin iqtisadiyyatla əlaqəsinin gücləndirilməsini prioritet məsələ kimi qeyd edib.
“Dövlət başçısına görə, elmin əsas dəyəri onun praktik nəticələr verməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, elm iqtisadi inkişafın sürətlənməsinə, ixrac potensialının artmasına, qeyri-neft sektorunun genişlənməsinə və dayanıqlı sosial rifahın təmin olunmasına xidmət etməlidir”.
