Birləşmiş Ştatların Avropadakı hərbi mövcudluğunu daha da azaltmaq üçün hələlik konkret planları yoxdur. ABŞ prezidenti Donald Tramp tərəfindən müdafiə nazirinin strategiya, planlar və imkanlar üzrə köməkçisi vəzifəsinə namizədliyi irəli sürülən Ostin Dahmer bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib.
“Daha da azalmalar üçün hər hansı konkret plandan xəbərim yoxdur” deyən Damer, komitə üzvlərinin bu cür planlar barədə “qapalı formatda və lazımi vaxtda” “tam məlumatlandırılmasını” təmin etməyə sadiq olduğunu qeyd edib.O, həmçinin qeyd edib ki, Rumıniya hökuməti ölkədəki Amerika qüvvələrinin azaldılması barədə məlumatlandırılıb. “Mən belə başa düşürəm ki, sərəncam verilməzdən əvvəl bizim müttəfiqlərimiz, o cümlədən Rumıniya ilə məsləhətləşmələr aparılıb”, o qeyd edib.
Bundan əvvəl Rumıniyanın Milli Müdafiə Nazirliyi ölkədəki Amerika kontingentinin 1700-dən təqribən 1000-ə qədər azaldılmasını elan edib. Rumıniyanın müdafiə naziri İonuț Moşteanu izah edib ki, ABŞ Hind-Sakit okean regionuna daha çox diqqət yetirmək niyyətində olduğu üçün Avropadakı qoşunlarının sayını azaldır. (Tass)
