Litvanın peşə məktəbləri tamamilə rəsmi dil olan Litva dilində tədrisə keçməlidir. Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, bu barədə Litva hökuməti iclasda qərar verib.
“Nazirlər Kabineti Təhsil, Elm və İdman Nazirliyinin peşə məktəblərində tədrisin litva dilində təşkil edilməsi ilə bağlı təkliflərini təsdiqləyib. Əcnəbilər üçün ikidilli tədrislə keçid dövrü nəzərdə tutulub”, – məlumatda deyilir.
Hökumətin təsdiq etdiyi sənəd Seymin (parlamentin) müzakirəsinə verilir və parlamentarilər razılaşarsa, ona qanun statusu verilir. (Tass)
