Moldova parlamentində fəaliyyət göstərən Hərəkət və Həmrəylik Partiyasının (PAS) hakim çoxluğu Rusiya və Belarusla dostluq qrupları yaratmaqdan imtina edib, onları ölkənin suverenliyinə hörmətsizlikdə ittiham edib. Bunu PAS-ın sədr müavini Doina German deyib.
“XII çağırış Xarici Siyasət Komissiyası parlamentin Rusiya və Belarusla dostluq qruplarından imtina edir”, – deyə German Facebook-da yazıb. O vurğulayıb ki, hakim partiya “ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də şərəf və azadlığına hörmət edən dövlətlərlə dostluq qruplarının saxlanmasının zəruriliyinə əmindir”.
Bundan əvvəl Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının (PSRM) lideri İqor Dodon Rusiya və Belarusla dostluq qruplarının yaradılması tələbi ilə parlament rəhbərliyinə rəsmi müraciət göndərib. O, hakimiyyətin “aqressiv rusofobiyası”nın yalnız “vətəndaşlar arasında parçalanmaya və yoxsulluğun artmasına” səbəb olacağı fikrini ifadə edib. (Tass)
