NATO-nun problemi ondadır ki, bir tərəfdən təşkilat Rusiyaya qulaq asmadığını deyir, digər tərəfdən isə onu anlamadığını iddia edir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yəni, bir tərəfdən Rusiyaya qulaq asmadıqlarını deyirlər, digər tərəfdən isə bunu başa düşmədiklərini deyirlər”, – Kreml sözçüsü qeyd edib ki, bu, alyans və onun liderləri ilə bağlı problemdir. “Dinləməyə çalışın, anlayacaqsınız”, – Peskov əlavə edib. (Tass)
