İyul 8, 2026-20:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universitetində “Xarıbülbül qoxusu” adlı tədbir təşkil olunub

2025:11:06 - 16:41
in SOSİAL
A A

Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül qoxusu” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Sosial işin təşkili kafedrasının müəllimi, “Sossfera” Sosial İnkişaf Klubunun təsisçisi Ayxan Şahbazsoy, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon nümayəndəsi, polkovnik Habil Məmmədrzayev, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musəvi çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsində qazanılmış Zəfərin mənəvi dəyəri vurğulanıb. Qeyd olunub ki, Azərbaycan xalqı 5 ildir 8 Noyabr – Zəfər Gününü həmrəyliyin, qəhrəmanlığın və əzmin simvolu kimi qürurla qeyd edir. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsidir, milli birlik, ordunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və hərbi sərkərdəlik bacarığı sayəsində tarixi ədalət bərpa olunub. Bildirilib ki, Vətənə xidmət yalnız silahla deyil, bilik, elm və zəhmət vasitəsilə də mümkündür. Gənclər Vətənə elm və biliklə xidmət etmək kimi ali məqsədi özlərinə hədəf seçməlidirlər.

Tədbirdə Azərbaycan Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında bədii kompozisiya, musiqi nömrələri, şeirlər təqdim olunub.

Tədbir Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilib.

Əvvəlki Yazı

ADNSU rəhbərliyi və nümayəndə heyəti Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ziyarət edib

Növbəti Yazı

Neft və qaz üçün sabit mədən vergisi müəyyən edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.