Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Həmas nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür. Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək iclasından əvvəl jurnalistlərə bildirib.
“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınmasını da əhatə edə bilər”. (Tass)