İsrail hərbçiləri anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağında 15 mindən çox hədəfə zərbə endirib və orada 6 minə yaxın silah ələ keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi əməliyyatlar başlayandan Qəzza zolağında terror təşkilatlarının 15 mindən çox obyektinə hücum edilib, İsrail Müdafiə Qüvvələri 6 minə yaxın silah, o cümlədən tank əleyhinə raketlər, zenit-raket kompleksləri, raketlər və hava hücumundan müdafiə texnikası aşkar edib. Döyüş sursatı, partlayıcı materiallar və daha çox”, – mesajda deyilir.