ABŞ Ukraynanı maliyyələşdirməkdən imtina etdiyi üçün Avropa İttifaqı və Avropa Şurası Kiyevin tələb etdiyi “Rusiyaya qarşı tribunal”ın təşkili üçün maliyyə çatışmazlığı ilə üzləşib. Bu barədə “Euronews” mənbələrə istinadən məlumat yayıb.
Avropa Şurasının hesablamalarına görə, layihənin həyata keçirilməsi üçün təhlükəsizlik və icarə xərcləri istisna olmaqla, ildə təxminən 75 milyon avro tələb olunacaq. Mənbələr qeyd edir ki, Avropa İttifaqının özünün də layihəyə ildə 10 milyon avro töhfə verməsi gözlənilir.
Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Avropa Şurasının əsas sponsorları olaraq qalırlar. Onların tribunal layihəsinə sərmayə qoymaq niyyətində olub-olmaması bəlli deyil. Avropa Şurasının nümayəndəsi Euronews-a bildirib ki, o, iştirakçı ölkələrlə danışıqlar aparır və əlavə şərh verməkdən imtina edib. Euronews hələlik ABŞ-ın layihədə iştirakı ilə bağlı Vaşinqtondan aydınlıq ala bilməyib. Avropalı sponsorlar ABŞ beynəlxalq təşkilatlardan uzaqlaşdıqca tribunalın maliyyələşdirilməsinin getdikcə çətinləşəcəyindən qorxurlar. (Tass)
