Britaniya hökuməti təhlükəsizliklə əlaqədar Çinlə elmi və texnoloji əməkdaşlığı azaldır. Bu barədə Financial Times (FT) Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiyalar üzrə Dövlət Naziri Patrik Vallansın Pekinə səfərindən sonra məlumat verib.
Bildirilir ki, London Çinlə yalnız səhiyyə, iqlim, planetar elm və kənd təsərrüfatını əhatə edən elmi sahələrdə əməkdaşlığa hazırdır. FT iki ölkə arasında elmi əməkdaşlığı tənzimləyən sənədlərin dəyişdirilmiş xarakterini qeyd edib.
2017-ci ildə Böyük Britaniya və Çin peyklər, məsafədən zondlama texnologiyaları və robototexnika kimi sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Vallans və Çinin Elm və Texnologiya nazirinin müavini Chen Jiachang tərəfindən imzalanan yenilənmiş müqavilədə artıq bu mövzular qeyd olunmur. “Çin ilə münasibətlərimiz artıq 2017-ci ildəki kimi deyil. Biz qəsdən təhlükəsizlik riski yaratmadığına inandığımız sahələr seçmişik”, – Vallans səfərdən sonra bildirib. O, Londonun ABŞ-la məsləhətləşmədən Çinlə seçmə elmi-texniki əməkdaşlığa keçməyə qərar verdiyini vurğulayıb.
Bundan başqa, tərəflər birgə investisiya layihələrinə yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı heç bir açıqlama verməyiblər. (Tass)
