Fransa prezidenti Emmanuel Makron və Fələstin prezidenti Mahmud Abbas Fələstin dövləti üçün birgə “konsolidasiya komitəsi” yaratmaq barədə razılığa gəliblər.
“Bu gün biz Fələstin Dövlətini gücləndirmək üçün birgə komitə yaratmaq qərarına gəldik. O, bütün hüquqi, konstitusiya, institusional və təşkilati aspektləri həll edəcək. Prezident Abbasın mənə təqdim etdiyi yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak edəcək”, – Makron Abbasla Parisdə birgə mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı “[Fələstini] hərbiləşdirilmiş dövlətə çevirmədən” atəşkəsdən sonra Fələstin ərazilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinə görə Abbasa təşəkkür edib. Makron, bununla belə, Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında hakimiyyətə qayıtmasına qarşı olduğunu və bunun “kollektiv uğursuzluq” olacağına inandığını bildirib. Prezident islahat planı tamamlandıqdan sonra hakimiyyətin Fələstin Muxtariyyətinə sürətlə təhvil verilməsini müdafiə etdi. “Prioritet Şərqi Qüds də daxil olmaqla, bütün Fələstində azad, şəffaf və demokratik prezident və ümumi seçkilərin təşkilidir”, – o əlavə edib.
