“Business Recorder” qəzetinin verdiyi məlumata görə Taliban (Tehrik-e-Taliban Pakistan, TTP) silahlılarının İslam Respublikasının paytaxtında məhkəmə binası qarşısında 12 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Noyabrın 11-də İslamabadın kənarında rayon məhkəməsi yaxınlığındakı dayanacaqda partlayış baş verib. Ümumilikdə 12 nəfər həlak olub, 27 nəfər yaralanıb. Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvinin sözlərinə görə, məhkəmə binasına daxil olmaq istəyən kamikadze partlayıcı qurğunu polis maşınının yaxınlığında işə salıb.(Tass)
