May 30, 2026-17:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Belçikada Zəfər Günü qeyd olunub

2025:11:12 - 10:26
in SİYASƏT
A A
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

“Report”un Avropa bürosunun xəbərinə görə, tədbirin əvvəlində diplomatik nümayəndəliyin rəhbəri Vaqif Sadıqov göyərtəsində türk hərbçilərinin olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar Türkiyəyə dərin hüznlə başsağlığı verib.

Diplomat bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini könüllü olaraq azad etmək niyyətində olmayıb: “2020-ci ilə qədər məlum olub ki, onilliklər ərzində aparılan danışıqlar heç bir real nəticə verməyib. Ermənistan hökumətinin qoşunlarını bizim torpaqlardan çıxarmaq niyyəti yox idi”.

O qeyd edib ki, tarixi 44 gündə Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ, milli ləyaqəti bərpa edib:

“Ona görə də bu gün, bu böyük Qələbənin beşinci ildönümündə bir səfir kimi deyil, ölkəmin vətəndaşı və bir ata kimi burada olan igid zabitlərə göstərdikləri şücaətə, ləyaqətimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası üçün etdikləri hər şeyə görə dərin minnətdarlığımı bildirmək mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm”.

Tədbirdə Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə də çıxış edib. O, qələbənin və ərazi suverenliyimizin təmin edilməsinin əhəmiyyətini vurğulayaraq, cari ilin avqust ayında Ermənistanla sülh müqaviləsinin paraflanmasından sonra ölkənin yeni dövrə qədəm qoyduğunu qeyd edib.

Onun sözlərinə görə, bu, Azərbaycanın istifadə olunmamış potensialının üzə çıxarılması və tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaradır.

Əvvəlki Yazı

Fərhad Abdullayev: Ərazi bütövlüyümüzün bərpası ilə konstitusiyanın müddəaları tam yerinə yetirildi

Növbəti Yazı

Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.