“Report” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, artan qeyri-neft-qaz gəlirləri hesabına dövlət büdcəsinin cari xərclərinin ötürülməsi göstəricisi ötən müddətdə 3,5 faiz bəndi yüksəlib.
“Növbəti il üçün dövlət və icmal büdcənin hazırlanmasında makro-iqtisadi proqnoz göstəriciləri – xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 %, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ÜDM-nin 0,9 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % real artımı əsas götürülüb”, – deyən nazir müavini qeyd edib.
Bundan başqa, H.Məmişov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artmasına baxmayaraq, ölkəmizdə davamlı iqtisadi artım qorunub: “Fiskal-monetar nəticələr üzrə pozitiv dinamika təmin edilib, əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirlər reallaşdırılıb, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin təməlini təşkil edir”.
