May 31, 2026-3:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Aytən Baxşiyeva: Bu müsabiqə Azərbaycan musiqi təhsili tarixində mühüm hadisə kimi yadda qalacaq

2025:11:12 - 16:43
in MƏDƏNİYYƏT
A A

“Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi Azərbaycan musiqi təhsili tarixində mühüm hadisə kimi yadda qalacaq. Müsabiqə həm Azərbaycan xalq musiqisinin dərin qatlarını, həm də dünya musiqi irsinin ən gözəl nümunələrini bir araya gətirməklə, gənc ifaçıların nəzəri və praktik biliklərini möhkəmləndirməyə töhfə verib.

Bunu AZƏRTAC-a açıqlamasında müsabiqənin məsul katibi, BMA-nın İxtisas Musiqi Məktəb-studiyasının elmi-metodiki işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva söyləyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi gənc musiqiçilərdə “Solfecio” fənninə marağı artırmaq, onların ifadəli oxu, üzündən oxuma, dirijorluq və vokal-intonasiya bacarıqlarını inkişaf etdirməkdir.

Müsabiqənin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunduğunu diqqətə çatdıran Aytən Baxşiyeva deyib: “Layihə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və onun İxtisas Musiqi Məktəb-studiyasının təşəbbüsü ilə həyata keçirilib. Müsabiqə gənclərdə musiqi savadının artırılması, milli musiqi dəyərlərinin qorunması və təbliği baxımından çox önəmlidir. Solmizasiya səslərin müəyyən ardıcıllıqla “do-re-mi-fa-sol-lya-si” hecaları vasitəsilə oxunması metodudur. Bu üsul musiqi qulağının, intonasiya dəqiqliyinin, ritm və melodik yaddaşın inkişafı üçün əsas alətdir. Sözün kökü iki not “sol” və “mi” səslərindən yaranıb. Solfecio isə solmizasiya prinsiplərinə əsaslanan nəzəri-praktik fəndir.

Bu fənn musiqi əsərlərinin strukturunu anlamağa, not yazısını oxumağa və səsləri düzgün ifa etməyə imkan yaradır. Solfecio öyrənən şəxs notları həm oxuya, həm də onları səslə və ya alətlə ifadə edə bilir. Həmin proses isə musiqi təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Solmizasiya üzrə tətbiq olunan yeni metodik yanaşmalar öz nəticəsini verir. Belə layihələr gənc musiqiçilərin yaradıcılıq potensialını üzə çıxarır, onların peşəkar inkişafına təkan verir və musiqi mədəniyyətimizin gələcək inkişafına xidmət edir. Müsabiqə yüksək səviyyədə təşkil olunub, iştirakçılar böyük həvəs və məsuliyyətlə çıxış ediblər”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru müsabiqənin dörd yaş qrupu üzrə təşkil olunduğunu vurğulayıb. Azərbaycanın müxtəlif regionlarından iştirak edən gənc musiqiçilər nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Müsabiqədə Bakı, Ağdaş, Biləsuvar, Neftçala, Saatlı, Şirvan musiqi və incəsənət məktəb şagirdləri ilə yanaşı Azərbaycan Milli Konservatoriya və Bakı Musiqi Akademiyasının tələbələri də iştirak ediblər. Münsiflər heyətinin çıxışların səviyyəsi, həmçinin nümayiş etdirilən bilik və bacarıqlar əsasında verdiyi qiymətləndirməyə əsasən final mərhələsinə vəsiqə qazanan iştirakçılardan 19 nəfər laureat adına layiq görülüb. Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, təntənəli bağlanış mərasimi keçirilib”, – deyə A.Baxşiyeva əlavə edib.

 

Əvvəlki Yazı

Himnimizin yaradıcısı – İllərdir yaddaşlarda yaşayan musiqi

Növbəti Yazı

“Şuşada bitən yuxu” kitabının özbək dilində nəşrinin Daşkənddə təqdimatı keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.