“Report” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bugünkü hadisəni Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli adət-ənənələrinə uyğun olaraq, hətta milli kimliyindən qaynaqlanan bir hadisə kimi dəyərləndirib.
R.Məmmədov bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən biridir:
“Bu mərkəzin açılışı bir daha göstərir ki, Azərbaycanın əsrlər boyu formalaşdırdığı adət-ənənələr bu gün dövlət başçısının qürurverici siyasəti nəticəsində qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür”.
