ABŞ-ın sədrliyi altında olan İyirmilik Qrupu (G20) 2026-cı ildə azaldılmış cədvəl üzrə fəaliyyət göstərəcək. Bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Aparatının naziri Kumbudzo Ntşaveni Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
“Birləşmiş Ştatlar bizə xəbərdarlıq etdi ki, G20-nin iş proqramı prezidentlik bu ay Cənubi Afrikadan ABŞ-a keçdikdən sonra azaldılmış formatda aparılacaq” o, yerli SABC radiostansiyası tərəfindən yayımlanan brifinq zamanı deyib.O , əlavə edib ki, ABŞ-ın G20-yə sədrliyi 2026-cı ilin payızında başa çatdıqdan sonra G20 tam formatına qayıdacaq.
G20-nin işi hər birinə iki ölkənin sədrlik etdiyi 20 qrupda aparılır. Qrupların gündəliyi G20 fəaliyyətinin ən mühüm sahələrini əks etdirir. Qruplar müntəzəm olaraq nazirlər səviyyəsində görüşür və onların tövsiyə və təşəbbüsləri G20 liderlərinin sammitinə baxılmaq üçün təqdim olunur.
Dünən Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ABŞ-ın noyabrın 22-23-də Yohannesburqda keçiriləcək G20 sammitini boykot edəcəyini açıqlamışdı. O, boykotun sammitin işinə təsir etməyəcəyini, lakin ABŞ-ın iştirak etməmək qərarından əziyyət çəkəcəyini bildirib. Yohannesburq sammitindən sonra G20-yə sədrlik Cənubi Afrikadan ABŞ-a keçəcək. (Tass)
