Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhədin yenidən açılacağı təqdirdə ölkənin şərqindəki bir neçə keçid məntəqəsini potensial olaraq yenidən aça bilər. Bu fikri Finlandiya Sərhəd Mühafizəsinin sərhəd təhlükəsizliyi departamentinin rəisi, polkovnik Yussi Napola Yle-yə müsahibəsində deyib.
“Biz keçidlərin sayını qiymətləndirəcəyik və buna əsasən neçə məntəqənin açıla biləcəyini və onların iş saatlarının necə olacağına qərar verəcəyik” deyib Napola.
Sərhədin bağlanmasından əvvəl nəqliyyatın həcminin COVID-19-dan əvvəlki səviyyələrin təxminən 18% -ni təşkil etdiyini vurğulayıb. Sərhəd yenidən açılsaydı, Finlandiya və Avropa Birliyindəki sanksiyalar və viza məhdudiyyətləri səbəbindən bu rəqəm ilkin olaraq daha az olardı. (Tass)
