Qəzza zolağındakı İsrail hərbçiləri içərisində girovun qalıqları olan daha bir tabut alıb. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Köçürmə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub. Hərbçilər yaxın vaxtlarda tabutu İsrail ərazisinə daşıyacaq və orada qalıqların kimliyi müəyyən ediləcək, ofis qeyd edib.
Oktyabrın 9-da İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına uyğun olaraq Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib. (Tass)
