Vladimir Zelenskinin partiyasından olan Kiyev Şəhər Şurasının üzvü, Ukrayna təhsil və elm nazirinin müavini Andrey Vitrenko rəsmi avtomobilində dinləmə cihazı tapdığını bildirib.
“Mən indicə şirkət avtomobilində informasiyanın oxunması və ötürülməsi üçün cihaz və ya sadə dillə desək, “telsiz dinləmə” tapdım”, – o, Telegram kanalında yazıb.
Vitrenko əlavə edib ki, o, artıq hüquq-mühafizə orqanlarına müvafiq bəyanat verib. (Tass)
