Avropa İttifaqı respublikanın hakimiyyət orqanları ilə əlaqəni kəsməklə Gürcüstanla münasibətlərini dalana dirəyib. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib.
“Brüssel parlamentin ölkənin və cəmiyyətin mənafeyindən çıxış edərək qanunlar qəbul etdiyinə görə danışıqlara və ölkə ilə bütün münasibətlərə son qoyulduğunu bəyan edəndə öz qərarları ilə özünü dalana dirədi. Təbii ki, bunu geri qaytarmaq asan deyil. Parlament qanun qəbul edəndə və siz onun ləğv edilməsini istəyəndə, bu, ölkələrlə baş tutmur”. Onun sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze dəfələrlə Aİ liderlərini danışıqlara dəvət etsə də, onlar bundan imtina ediblər.
2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdi və ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başladı. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini qanundan əl çəkməyə çağırıb, lakin hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri ardıcıl olaraq qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən, bəziləri ölkədə inqilabı qızışdırmağa cəhd edən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu israr ediblər. (Tass)
