Əs-Suveyda əyalətinin cənubunda silahlı qruplar artıq üçüncü gündür ki, atəşkəs rejimini pozur və təhlükəsizlik qüvvələri hücumları dəf edir. Bu barədə Əyalət Daxili Təhlükəsizlik Komandanlığı Əl-İxbariya televiziyasına məlumat verib.
“Əs-Suveydadakı üsyançı qruplar ardıcıl üçüncü gündür ki, atəşkəsi pozaraq, bütün əyalətdə hücumlara başlayıb, nəticədə təhlükəsizlik qüvvələri yaralanıb”, – telekanal komandanlığın sözlərindən sitat gətirib. Suriya döyüşçüləri üsyançı qrupların müxtəlif istiqamətlərdən irəliləmək cəhdlərinin qarşısını alıblar. (Tass)
