May 31, 2026-20:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanlı alim Hindistanda beynəlxalq konfransda Rumi təlimindən danışıb

2025:11:14 - 13:39
in SOSİAL
A A

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri dosent Xatirə Yusifova Hindistanda “Sülh və sosial harmoniyanın təşviqinə yönəldilmiş sufizm və dinlərarası dialoq – Dara Şikohun dini harmoniya üzərində vəqidəsinə xüsusi istinadla” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qauhati Universitetində keçirilən konfransda azərbaycanlı alim “Mövlanə düşüncəsində nəfs anlayışı və ilahi varlığa mənəvi yüksəliş” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Ruminin düşüncəsində “nəfs” anlayışının fəlsəfi-mistik mahiyyətinin, onun insanın mənəvi yüksəliş prosesində rolunun və ilahi varlığa qovuşma ideyasının təhlilini aparıb, Mövlanə ideologiyasında nəfsin insanın mənəvi kamilliyə çatmasına mane olan, onu maddi istəklərə və eqoist meyillərə yönəldən daxili bir qüvvə kimi əks olunduğunu vurğulayıb. Bildirib ki, Rumi təlimi insanın nəfsdən azad olub ilahi varlıqla vəhdətə çatmasının universal bir modelini təqdim edir. Bu yanaşma müasir dövrdə mənəvi boşluğun aradan qaldırılması və insanın daxili harmoniyasının bərpası üçün mühüm dəyərə malikdir. Məruzədə, həmçinin təsəvvüf ədəbiyyatında “maqam” və “hal” anlayışlarının Rumi irfanında necə təcəlli etdiyi, mənəvi inkişaf mərhələlərinin insan varlığının ruhani təkamülünə təsiri ətraflı şəkildə izah olunub.

Sonda Xatirə Yusifova konfransda fəal iştirakına və müfəssəl çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Əvvəlki Yazı

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub

Növbəti Yazı

Agentlik: Peşə təhsilinə qəbul olunanların sayı 2011-ci ildən bəri 113 faiz artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.