ABŞ prezidenti Donald Tramp Ukraynada nizamlanma planı barədə təfərrüatlara varmır, The Washington Post adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazır.
“Onlar ona deyirlər ki, mən sövdələşməyə çalışacağam. O isə cavab verir: “Əla, görək nə edə bilərik”. Bu, onun məsələyə qarışmasının səviyyəsidir, çünki Ağ Evin bəzi hissələri belə nə baş verdiyini bilmirlər”, – mənbə nəşrə bildirib.
Başqa bir mənbə isə nəşrə bildirib ki, Tramp administrasiyası “planını dəyişməz hesab etmir”. O, əlavə edib ki, ukraynalılara “danışıqlar üçün yer olduğunu başa düşməyə məcbur ediblər”. Vaşinqton isə razılaşmanın mümkün qədər tez bağlanmasını istəyir. “Amerika yardımının dayandırılması təhlükəsi çox ciddidir”, – rəsmi əlavə edib. (Tass)
