Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əmindir ki, yalnız beynəlxalq ictimaiyyətin qətiyyəti və İsrailə qarşı sanksiyaları onun Qəzza zolağına təcavüzünü dayandıracaq.
“Yalnız qəti, ardıcıl və güclü beynəlxalq iradə və sanksiyalar [yəhudi baş naziri Benyamin] Netanyahunu dayandıracaq. İsrailə qarşı diplomatik təzyiqin əhəmiyyətli dərəcədə artırılması və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsi təxirə salınmadan görülməli olan təcili tədbirlərdir”, – Türkiyə lideri Cənubi Afrikadakı G20 sammitindən qayıdarkən jurnalistlərə bildirib. (Tass)
