Avropa İttifaqı liderləri Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-nin təqdim etdiyi 28 maddəlik planın bəzi bəndlərini qəbuledilməz hesab edir.
Ritorika.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk Aİ-nin Luandada keçirilən Ukrayna üzrə qeyri-rəsmi sammitindən sonra bildirib.
“Ürəyəyatan nikbinlik üçün çox az səbəb var. Avropa liderləri arasında bir neçə saat əvvəl təqdim olunan 28 bənd üzərində işləmək üçün razılıq var, lakin onların bəziləri qəbuledilməzdir”, — deyə baş nazirin ofisinin sosial media hesabında yayımlanan brifinqdə deyilir.
Ritorika.az
