Avqust 16, 2026-8:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi inkişafı yüksək səviyyədə təmin edilib

2025:11:24 - 17:34
in SOSİAL
A A

Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvətidir. Xalqın inkişafında ən mühüm varlıq və yaşama amili olan dilin müstəsna rolu var. Prezident İlham Əliyevin fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunub və onun inkişafı yüksək səviyyədə təmin edilib. Azərbaycan dilinin taleyi ilə bağlı təməl ideya istiqamətləri bu gün dil quruculuğu prosesində müasir siyasi yanaşmalar əsasında ardıcıllıqla reallaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı söyləyib.

İnci Qasımlı bildirib ki, Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı tarixi çıxışı alimlər üçün yol xəritəsidir.

“Bu yol xəritəsi bizə dilimizi zənginləşdirməklə yanaşı, onu qorumağın yollarını göstərir. Dilimizin qorunması məqsədilə konfransların, müsabiqələrin, layihələrin, kitabların hazırlanması üçün tədbirlər planı hazırlamalı və tətbiqinə çalışmalıyıq. Dövlətimizin bizə yaratdığı şəraitdən və qayğıdan istifadə edərək Prezidentimizin alimlərə olan inam və etimadını doğrultmalıyıq”, – deyə o vurğulayıb.

“Konfranslarda, simpoziumlarda türk dövlətlərindən, xüsusilə də Türkiyədən olan alimlərin bizim dilimizin əsas bazasının, qanunauyğunluqlarının qorunub saxlanmasına heyran olmaları bizi qürurlandırır. Bütün dünyanın tanıdığı yazıçılardan olan İlbər Ortaylı “Türklərin tarixi” kitabının I cildində dilimiz haqqında belə bir ifadə işlədib: “Azərbaycan türkcəsini niyə sevirik? Çünki bu dil bizim dilimizin gəncliyidir. Hər kəs gəncliyini sevər”. Bu fikirlər dilimizin qorunmasına xalq və dövlət tərəfindən göstərilən qayğının nəticəsini əks etdirir. Dilimizi zənginləşdirərkən çox diqqətli olmalı, yad ünsürlərin dilimizə daxil olmasının qarşısını almalı, dilimizin saflığının, təmizliyinin, qanunauyğunluqlarının qorunmasına çalışmalı və mübarizə aparmalıyıq”, – deyə İ.Qasımlı əlavə edib.

Əvvəlki Yazı

Merz bu həftə Ukrayna danışıqlarında irəliləyiş gözləmir

Növbəti Yazı

AYNA: Qadın sürücülərə peşəkar fəaliyyət göstərməsi üçün zəruri biliklər aşılanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.