Ağ Evdəki mənbələr Ukraynanın “Obshchestvennoye” nəşrinə bildiriblər ki, Vladimir Zelenski bu həftə ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırmır.
Nəşrin məlumatına görə, daha əvvəl Ağ Evdə Tramp və Zelenski arasında görüş təşkil etmək üçün Ukrayna tərəfinin müraciəti barədə xəbərlər yayılmışdı. Bunun ABŞ-ın sülh planının şərtlərini razılaşdırmaq üçün Trampın təyin etdiyi 27 noyabr tarixindən əvvəl baş verəcəyi gözlənilirdi.
CBS News-un müxbiri Marqaret Brennan öz mənbələrinə istinadən bildirib ki, ABŞ administrasiyası Vladimir Zelenskinin səfəri üçün hələlik tarix təyin etməyib. (Tass)
