“Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verir ki, Rusiyanın dondurulmuş aktivlərinin təxminən 100 milyard dollarını Ukraynanın Bərpası Fonduna ayıran müddəa ABŞ-ın sülh planının son variantından çıxarılıb.
Agentlik yazır ki, bu müddəanın aradan qaldırılması Avropa rəsmiləri arasında nikbinliyə səbəb olub. İlkin təklifdə nəzərdə tutulurdu ki, ABŞ bu aktivlərdən mənfəətin 50%-ni alacaq, istifadə olunmamış dondurulmuş vəsait isə Rusiya-Amerika investisiya fonduna yönəldiləcək. (Tass)
