İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə fransalı həmkarı Jan-Noel Barrot ilə danışıqlar aparmaq üçün Parisə gedəcək.
Onun sözlərinə görə, səfər fransalı nazirin dəvəti ilə baş tutacaq və danışıqların gündəliyinə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbus mübadiləsi məsələləri daxil olacaq. (Tass)
